"Qarabağ"dan transfer müjdəsi - AÇIQLAMA

18:24 5 Avqust 2017

"Qarabağ" klubunun direktoru Əmrah Çelikəl "Kopenhagen"lə pley-off oyununadək yeni transferlərin reallaşa biləcəyini deyib. 

Sportare.az xəbər verir ki, Ağdam klubunun rəsmisi "Report"a açıqlamasında pley-off oyununa qədər yeni transferlərin mümkünlüyünü istisna etməyib. O, hazırda bu istiqamətdə işlərin aparıldığını söyləyib:

 

"Həm əvvəllər gündəmimizdə olan, həm də yeni oyunçularla danışıqlar aparırıq. Alınsa, "pley-off"adək yeni transfer edə bilərik. O, hücumçu da ola bilər, ehtiyac duyulan digər mövqenin oyunçusu da".


Direktor "Qarabağ"ın Azərbaycan Premyer Liqasının ilk turunda "Neftçi" ilə səfər matçını təxirə salmaq üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcəklərini də əlavə edib.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı avqustun 11-də "Bakcell Arena"da keçiriləcək. Azərbaycan təmsilçisi avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i qəbul edəcək. Cavab görüşü isə avqustun 23-də Danimarka paytaxtındakı "Parken" stadionunda olacaq.


Digər xəbərlər

Xəbər xətti