Ramilsiz Şeydayev autsayder oldu

11:26 6 Avqust 2017

Futbol üzrə Slovakiya çempionatında 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu son çempion "Jilina" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Zlate Moravçe" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Millimizin forvardı bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Xatırladaq ki, əvvəlki turda da məğlubiyyətlə üzləşmiş ötən mövsümün çempionu "Jilina" hazırda sonuncu pillədə qərarlaşıb və xal qazanmayan yeganə kollektivdi.


Xəbər xətti