"Kəpəz" "Şüvəlan"la qarşılaşacaq

13:18 6 Avqust 2017

Azərbaycan Premyer Liqasında yeni mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir yoxlama oyunu keçirəcək. 

 

Sportarena.az xəbər verir ki, “sarı-göylər” birinci divizionda mübarizə aparacaq “Şüvəlan” klubu ilə qarşılaşacaq.

 

Yoxlama matçı avqustun 7-də, “Dalğa Arena”nın süni örtüklü meydançasında keçiriləcək. Görüş saat 18:00-da başlayacaq.


Xəbər xətti