"Beşiktaş" sabiq "Fənərbaxça"lını transfer etdi

14:25 6 Avqust 2017

“Beşiktaş” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, “qartal” “Sanderlend”in hücumçusu Jermeyn Lensi heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 29 yaşlı futbolçu sosial şəbəkədi şəxsi hesabında “Beşiktaş”ın formasında şəkil də paylaşıb. Türkiyə mətbuatında İstanbul klubunun Hollandiya millisinin üzvünün transferi üçün 5 milyon avro ödədiyi qeyd edilib.

 

Xatırladaq ki, Lens son mövsümü icarə əsasında Türkiyənin digər klubu “Fənərbaxça”da keçirib.


Xəbər xətti