"Səbail" darmadağınla qalib gəldi

17:18 6 Avqust 2017

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Səbail" növbəti hazırlıq matçında qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Samir Əliyevin yetirmələri  I Divizion təmsilçisi "Şüvəlan"lə üz-üzə gəlib. "Dalğa Arena"da baş tutan qarşılaşma  Premyer Liqa klubunun 5:0 hesablı qələbəsiylə başa çatıb.

 

"Səbail"in qollarından ikisini  Vüqar Nadirov, digərlərini isə Elman Taqayev, Raul Yaqubzadə və baxışda olan braziliyalı hücumçu Renan Telles vurub.


Digər xəbərlər

Xəbər xətti