Türkiyə Superkubokunun qalibi müəyyənləşdi - VİDEO

10:31 7 Avqust 2017

Futbol üzrə Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu "Beşiktaş" ilə Türkiyə Kubokunun qalibi "Konyaspor" üz-üzə gəlib. Üç qolun vurulduğu qarşılaşma Konya təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.

 

Qeyd edək ki, "ağ-yaşıllar" ilk dəfə sözügedən mükafata sahib çıxıblar.

 

Tükiyə Superkuboku

6 avqust

Beşiktaş - Konyaspor 1:2

Qollar: Cenk Tosun, 78 - Traore, 33. Skubiç, 90-p

 

 


Xəbər xətti