"İnter"dən Svanadzeyə yeni müqavilə

12:17 7 Avqust 2017

“İnter” klubu  baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"A 59 yaşlı gürcüstanlı mütəxəssis bildirib. O deyib ki, müqavilənin müddəti 2017/2018 mövsümünün sonuna qədər nəzərdə tutulub. Svanadze məşqçilər heyətində də heç bir dəyişikliyin olmayacağını söyləyib.

 

Qeyd edək ki, Svanadze 2015-ci ilin iyununda “İnter”in baş məşqçisi vəzifəsində Kaxaber Sxadadzeni əvəzləyib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti iyun ayında başa çatıb.


Digər xəbərlər

Xəbər xətti