İspaniya futbol tarixinin ən yaxşısı müəyyənləşdi - Messi

14:56 7 Avqust 2017

“Barselona”nın futbolçusu Lionel Messi İspaniya futbol tarixinin ən yaxşı futbolçusu elan edilib.

 

Sportarena.az xəbər verir ki, Messi İspaniya futbol tarixi və statistikaları araşdırma mərkəzinin (CIHEFE) versiyasına əsasən ən yaxşı hesab edilib. Ən yaxşını müəyyənləşdirmək üçün 9280 futbolçunun, 86 növsümün nəticələri analiz edilib.

 

Qalibi müəyyənləşdirmək üçün bəzi faktlar - hər mövsümdəki oyun dəqiqələri, oyunlar, vurulan qollar, qol ötürmələri, penalti zərbələri, avtoqollar, qırmızı vərəqələr nəzərə alınıb.

 

Messi 545 xal toplayıb. İkinci pillədə “Real”ın sabiq futbolçusu Raul qərarlaşıb - 528 xal. “Barselona”nın sabiq futbolçusu Sesar Sançes isə 3-cü olub - 524 xal.


Xəbər xətti