"ÇL-i ardıcıl 3-cü dəfə qazanmaq istəyirik" - Zidan - AÇIQLAMA

18:36 7 Avqust 2017

Makedoniyanın Skopye şəhərində Sabah UEFA Superkuboku uğrunda “Real” və “Mançester Yunayted” komandaları arasında matç baş tutacaq.

 

Sportarena.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan oyunöncəsi açıqlamasında komandanın hazırlığı, hədəfləri və iddialarından danışıb:

 

“Həmişə daha artığını istəyirik. Titulların qazanılması da çox faydalıdır. Mövsümə uğurlu start vermək və “Mançester Yunayted”lə görüşdə nəticə qazanmaq vacibdir. Mövsümün ilk rəsmi matçının əhəmiyyətini dərk edirik. “Real” qatıldığı hər bir yarışda qələbə üçün mübarizə aparır. Ötən mövsüm biz təkcə ilk yarıda deyil, bütün mövsümü uğurlu keçirmişdik. Hədəfimiz dəyişməyib. Güclü heyətimiz var və ötən mövsümün uğurlarını təkrarlamaq istəyirik. Çempionlar Liqasını ardıcıl 3-cü dəfə qazanmaq istəyirik. Bunu gerçəkləşdirmək asan olmayacaq. Amma yenə də reallaşdırmağa çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti