"Bu sualdan sonra Şəki üçün darıxdığımı anladım" - MÜSAHİBƏ

Sportarena.az      7 Avqust 2018, 18:55

Voleybol üzrə Azərbaycanın qadınlardan ibarə milli komandasının oyunçusu Ayşən Əbdüləzimova Azərbaycan Voleybol Federasiyasının rəsmi feysbuk səhifəsindən azarkeşlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir.

 

- Ayşən neçə yaşında voleybolla məşğul olmağa başlayıb? Ona voleybola sevdirən nə olub?

- Voleybolla 8 yaşdan məşğul olmağa başlamışam. Voleybolu mənə sevdirən elə voleybolun özü olub (gülür). Bu idman növünü həmişə sevirdim. Şadam ki, bu yolu seçdim.

 

- İnşallah, səni Avropa klublarında görərik...

- İnşallah. Mən bu haqda hələ heç nə deyə bilmərəm. Daha doğrusu, indi bu haqda düşünmürəm. Çünki hal-hazırda bütün fikirlərim milli komanda ilə bağlıdı.

 

- Ən sevimli azarkeşlərin kimlərdi?

- Sözsüz ki, valideynlərim.

 

- Ən sevdiyin oyunçu kimdi?

- Vaxtilə İtaliya millisində çıxış etmiş Simona Gioli.

 

- Əslən şəkili olan Ayşən sonuncu dəfə Şəkidə nə vaxt olub?

- Düzünü desəm, xatırlamıram. Amma Şəkini çox sevirəm. Bu sualdan sonra o yerlər üçün darıxdığımı anladım. Boş vaxtım olan kimi oralara mütləq gedəcəyəm.

 

- Gələcəkdə məşqçi olmağı fikirləşirsiniz?

- Perspektivdə hər şey ola bilər. Amma bu sual məncə 3-4 ilə həll olunan və ya cavabı tapılan suallardan deyil. Mən hələ oynamaq istəyirəm. Gələcəyi isə zaman göstərəcək.

 

- Karyeranızda ən çətin və ən yaddaqalan qarşılaşma hansıdır?

- 2014-cü ildə keçirilən dünya çempionatının (DÇ) ilk oyununu qeyd edərdim. Dünya reytinqində 3-cü olan yaponlarla qarşılaşırdıq. O matç yaddaşımdan silinməz. DÇ-də debüt oyunum idi. Yadımdadır ki, qarşılaşmaya pis başladıq, amma toparlanıb tay-brekdə qalib gələ bildik. Bu oyunu həm ən çətin, həm də ən yaddaqalan matçım kimi dəyərləndirərdim.

 

- Karyeranızı nə vaxt bitirəcəksiniz?

- Görsəm ki, voleybol artıq mənə həzz vermir, oyunun ləzzətini hiss edə bilmirəm və ya kiminsə yerini haqsız olaraq tuturam, karyeramı bitirəcəyəm. Ancaq ona qədər hələ var.

 

- 20 yaşdan sonra voleybol oynamağa başlaya bilərəm?

- Həvəskar səviyyədə, əlbəttə ki.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin