Ölkə prezident idmançılara müraciət etdi - "Səfər etmək imkanı yoxdursa, təyyarəmdən istifadə edə bilərsiz"

20:50 7 Avqust 2017

Venesuela prezidenti Nikolas Maduro öz təyyrasini yığma komandaya təklif edib.

 

Sportarena.az xəbər verir ki, Venesuelada iqtisadi böhran yaşanır. Üstəlik, ölkəyə qarşı maliyyə sanksiyaları da tətbiq edilib. Buna görə də bəzi komandalar beynəlxalq yarışlara gedə bilmirlər. Televiziyada çıxış edən Maduro təyyarəsini idmançılara verməyə hazır olduğunu deyib:

 

“Əgər onların adi qaydada səfər etmək imkanı yoxdursa, onda mənim təyyarəmdən istifadə edə bilərlər. Biz onları dünyanın istənilən yerinə çatdıra bilərik. Şəxsən mən özüm yüngül avtomobildən və ya motosikletdən istifadə edə bilərəm. Ancaq yığma komandamız beynəlxalq yarışlardan kənarda qalmamalıdı. Buna imkan vermək olmaz”.


Xəbər xətti