"Boavişta" yeni mövsümə məğlubiyyətlə başladı, Emin...

11:04 8 Avqust 2017

 

Futbol üzrə Portuqaliya çempionatında yeni mövsümə start verilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun formasını geyindiyi "Boavişta" da ilk matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Portimonense" ilə qarşılaşıb. Üç qolun vurulduğu oyunda qələbə meydan sahiblərinə qismət olub - 2:1.

 

Emin bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.


Digər xəbərlər

Xəbər xətti