“Qarabağ”ın sabiq futbolçusu Portuqaliya klubunda - FOTO

12:23 8 Avqust 2017

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Danilo Diasın yeni klubu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu Portuqaliyanın 2-ci liqa təmsilçisi “Unian Madeyra” ilə anlaşıb. Bu barədə məlumatı klubun saytı yayıb. 31 yaşlı futbolçu aşağı liqa təmsilçisiylə bir illik müqavilə bağlayıb. Xatırladaq ki, Dias daha əvvəl, 2015/16 mövsümündə də “Unian Madeyra”nın şərəfini qoruyub.

 

2014/15 mövsümdə “Qarabağ”da da çıxış etmiş Dias, ötən mövsümdə Braziliyanın “Amerika” klubunda top qovub.

 


Digər xəbərlər

Xəbər xətti