Azərbaycan futbolunda ilk - "Qarabağ"ın oyunu üçün “Goal line” quraşdırılır

Sportarena.az      8 Avqust 2018, 14:54

UEFA-nın tələbinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnoloji sistem quraşdırılır.

 

Sportarena.az xəbər verir ki, bu haqda qol.az saytına “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov məlumat verib. “Goal line” adlanan bu sistem Azərbaycan futbol tarixində ilk dəfə olaraq “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi oyunda tətbiq olunacaq. Əsgərov bildirib ki, İngiltərə şirkətlərindən birinin apardığı bu iş yaxın günlərdə yekunlaşacaq.

 

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də, cavab görüşü həmin ayın 23-də Danimarkada olacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin