1,2 milyardlıq superkubok matçı

16:57 8 Avqust 2017

Bu gün UEFA superkubokunun yeni qalibinin adına aydınlıq gələcək.

 

Sportarena.az xəbər verir ki, Makedoniyanın paytaxtı Skopyedə, “2-ci Filip” stadionunda baş tutacaq oyunda Çempionlar Liqasının son qalibi “Real” və Avropa Liqasının son çempionu “Mançester Yunayted” münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Oyundan öncə Avropanın iki nəhəng klubunun heyətlərinin qiyməti diqqət cəlb edir. Belə ki, sabah meydana çıxacaq komandaların heyətlərinin ümumi dəyəri 1 milyard 270 milyon 650 min avrodu. Almaniyanın “transfermarkt” saytının məlumatına görə, “kral klubu”nun heyətinin qiyməti 714 milyon 800 min, mankunianların futbolçularının ümumi dəyəri isə 555 milyon 850 min avrodu. “Real”ın heyətində ən bahalı futbolçular Kriştiano Ronaldo (100 milyon avro) və Qaret Beyl (80 milyon avro), “Mançester Yunayted”də isə Pol Poqbadı (75 milyon avro).

 

Avropa superkuboku uğrunda oyun sabah Bakı vaxtıyla saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti