Rauf Əliyev Albaniya klubunda?

10:47 9 Avqust 2017

Azərbaycan yığmasının və “İnter”in hücumçusu Rauf Əliyev karyerasını Albaniyada davam etdirəcək.

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Albaniya mətbuatı yayıb. Xəbərdə millimizin hücumçusunun “Kukesi”ylə razılığa gəldiyi, avqustun 11-də bu klubun düşərgəsinə qatılacağı qeyd edilib.

Xatırladaq ki, 28 yaşlı futbolçu bir müddət öncə ölkə mətbuatına açıqlamasında “İnter”dən ayrıla biləcəyini bildirmişdi.

“Kukesi” son Albaniya çempionudu. Kukes şəhərinin təmsilçisi Çempionlar Liqasının cari mövsümündə 2-ci təsnifat mərhələsində “Şerif”ə uduzaraq, mübarizəni dayandırıb (2:1, 0:1).


Digər xəbərlər

Xəbər xətti