Azərbaycan millisinin sabiq üzvü qəzada öldü - FOTO

12:57 9 Avqust 2017

Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
 
Sportarena.az  xəbər verir ki, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində olub. Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi BMW markalı avtomobillə yolu keçən iki velosipedçini vurub.

Arxada hərəkətdə olan KİA markalı avtomobildə BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 25 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi, 24 yaşlı Rəhimova soyadlı qız isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev sosial şəbəkə vasitəsiylə mərhumun ailəsinə başsağlığı verib və bildirib ki, qəza nəticəsində dünyasını dəyişən şəxs  yığma komandamızın keçmiş üzvü, 1992-ci il təvəllüdlü Akif Abdullayevdir.

 


Xəbər xətti