Acundan Əmrə Morun transferində "Fənərbaxça"ya dəstək - Pul ödəyəcək?

14:22 9 Avqust 2017

Transfer gündəminin aktiv futbolçularından biri Dortmund "Borussiya"sının futbolçusu Əmrə Mordu.

 

Sportarena.az xəbər verir ki, "Fiorentina", "İnter" və "Fənərbaxça" sözügedən vingeri heyətinə qatmaq üçün yarışır. Dünən "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım Əmrə Moru almaq üçün 10 milyon avro təklif etdiklərini açıqlayıb.


Bu məsələni efirdə müzakirə edərkən tanınmış tele-şərhçi Rıdvan Dilmən "Bu tranferə ən çox Acun (Acun İlıcalı-red.) sevinər" deyib.

"Fənərbaxça"nın azarkeşi olan iş adamı bu xəbərdən sonra etdiyi hərəkətlə diqqət çəkib. O, gecəyarısı sosial şəbəkə profilində Emre Moru və meneceri Muzzi Özcanı izləməyə başlayıb. Eyni zamanda Özcanın da Acunu izlədiyi görülüb.

Türkiyə mətbuatının iddiasına görə, bu transferdə Acunun da iştirak edəcək. Acunun ya danışıqlarda, ya da maddi şərtlərdə komandaya dəstək olacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti