"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi "Stadyum"da

14:40 9 Avqust 2017

Türkiyədə üç böyük klubu çempion edən yeganə məşqçi olan Mustafa Dənizlinin yeni iş yeri bəlli olub.

 

Sportarena.az xəbər verir ki, türkiyəli mütəxəssis növbəti mövsümdən “TRT Spor” telekanalında yayımlanan “Stadyum” proqramında mütəxəssis kimi iştirak edəcək.

 

67 yaşlı məşqçinin son iş yeri Türkiyə birinci liqa təmsilçisi “Əskişəhərspor” olub. Komandanı Super Liqaya çıxarmaq vəzifəsinin öhdəsindən gələ bilməyən Dənizli, mövsümün sonunda komandadan ayrılmaq qərarı almışdı.

 

Xatırladaq ki, türkiyəli məşqçi 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti