"Borussiya" "Barselona"dan 150 milyon tələb edir - Onun transferinə görə

14:59 9 Avqust 2017

“Barselona” Dortmund “Borussiya”sının futbolçusu Usman Dembeleni transfer etmək üçün fəaliyyətini davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “Barselona”nın nümayəndələri hazırda Dortmunddadılar və “Borussiya” rəhbərliyi ilə danışıqlar aparırlar. Dortmund klubunun rəhbərliyi Dembeleyə görə 150 milyon avro tələb edir. “Barsa” rəhbərliyi isə danışıqlar nəticəsində qiyməti 120 milyon avroya salmağa cəhd göstərir.

 

Məlumata görə, “Barselona” 20 yaşlı hücumçu ilə bağlı “Borussiya” ilə ilkin razılıq əldə edibmiş. Ancaq Neymarın fantastik məbləğdə PSJ-yə transfer olunmasından sonra dortmundlular da qiyməti qaldırıblar.

 

Dembele “Borussiya”ya 2016-cı ildə “Renn”dən keçib. O, meydana çıxdığı 50 oyunda 10 qol vurub, 22 qol ötürməsi edib.


Digər xəbərlər

Xəbər xətti