Mourinyo yenə medalını azarkeşə verdi - AÇIQLAMA

15:32 9 Avqust 2017

Avropa superkuboku uğrunda oyunda “Mançester Yunayted” “Real”a 1:2 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo oyundan sonra mükafatlandırma mərasimində ona təqdim edilən medalı özündə saxlamayıb. Portuqaliyalı mütəxəssis medalını MY-nin azyaşlı azarkeşinə verib. O, addımını belə izah edib:

 

“Həm qələbə, həm də məğlubiyyət üçün aldığım medalların bir çoxunu özümdə saxlamıram. Azarkeş üçün bu medal sadəcə, kosmosa uçmaqdı. Medalı “Mançester Yunayted” forması geyinmiş uşağa verdim. Onun hardan gəldiyini isə bilmirəm”.


Xəbər xətti