Nikolov "Keşlə"nin adını lağa qoydu - FOTO

18:36 9 Avqust 2017

Bu gün rəsmən adını dəyişdiyini elan edən "Keşlə"nin ("İnter") sabiq prezidenti Georgi Nikolov baş verən hadisəyə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o, "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsində etdiyi paylaşımda klubun adının dəyişməsini lağa qoyub. Kinayəli şəkildə paylaşım edən Nikolov bunları qeyd edib:

 

“İnter”in adına 10 ildi davam edən hücumlar uğurla nəticələndi. Heç olmasa “Zabrat” adını qoyaydılar. Axı bizim klub orada doğulub. İstənilən halda, keşləlilər rahat nəfəs ala bilərlər. “Aqrarkredit” isə “Keşlə Arena”da onlar üçün əlavə tribunalar tikdirməlidi”.

 

Qeyd edək ki, 2006-cı ildən klubda prezident postunu tutan bolqarıstanlı futbol adamı 2015-ci ilin dekabrında “İnter”dən kənarlaşdırılmışdı.

 


Digər xəbərlər

Xəbər xətti