"Qarabağ" - "Kopenhagen" matçının biletləri nə vaxt satışa çıxarılacaq? - AÇIQLAMA

18:59 9 Avqust 2017

Futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.

 

Sportarena.az xəbər verir ki, klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, azarkeşlər avqustun 12-də saat 12:00-dan etibarən biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilər.

 

Biletlərin qiyməti nömrəli sektorlara 1 - 10 manat, VİP sektoruna isə 50 manatdı.

 

Qeyd edək ki, avqustun 15-də keçiriləcək "Qarabağ" – “Kopenhagen" görüşü saat 21:00-da başlayacaq. 


Xəbər xətti