Bəxtiyar Soltanovun yeni klubu bəlli oldu

22:19 9 Avqust 2017

Azərbaycan millisinin sabiq üzvü Bəxtiyar Soltanov özünə yeni komanda tapıb.

 

Sportarena.az xəbər verir ki, sözügedən futbolçu 2017/18 mövsümündən etibarən "Binə"nin uğurları üçün çalışacaq. O, yeni mövsümdə Birinci Divizionda debüt edəcək bu klubla rəsmi müqaviləyə imza atıb.

 

Son olaraq AZAL-da çıxış edən 28 yaşlı futbolçu daha öncə "Bakı", "Qarabağ" "Kəpəz" və "Qəbələ" futbol klublarında forma geyinib.


Digər xəbərlər

Xəbər xətti