"Qarabağ"dan Palermonun yarımmüdafiəçisinə təklif

11:34 10 Avqust 2017

"Qarabağ" "Palermo"nun yarımmüdafiəçisi Karluş Embalonu transfer etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə 22 yaşlı oyunçunun meneceri Beppe Akkardi İtaliya mətbuatına məlumat verib. O deyib ki, "Qarabağ"  və digər klublardan təklif alıblar. Akkardi Embalonun gələcəyi ilə bağlı hələlik yekun qərarı vermədiklərini vurğulayıb.

 

Qeyd edək ki, K.Embalo "Palermo"nun heyətində 12 oyunda iştirak edib.


Digər xəbərlər

Xəbər xətti