"Yuventus"da yeni "10 nömrə" o olacaq - FOTO

12:16 10 Avqust 2017

"Yuventus"da 10 nömrəli formanın yeni sahibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yeni mövsümdən 10 nömrəli forma ilə komandanın hücumçusu Paulo Dibala çıxış edəcək. O, ötən mövsüm 21 nömrəli forma geyinirdi.

 

Qeyd edək ki, "Yuventus"da vaxtilə Alessandro Del Pyero, Roberto Baco və Mişel Platini də 10 nömrəli formanı geyinib. son olaraq bu nömrə altında ötən il 105 milyon avro qarşılığından "Mançester Yunayted"ə transfer olunan Pol Poqba çıxış edib.

 


Xəbər xətti