Azərbaycan millisi irəlilədi - FİFA-nın reytinqində

12:34 10 Avqust 2017

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 79-cu pillədə qərarlaşıb (427 xal).

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya yığması liderliyi Braziliyaya verib. Bundestim 1549 xalla 2-ci pillədə qərarlaşıb. Yığmamızın seçmə mərhələdəki digər rəqiblərindən Şimali İrlandiya 23-cü (897), Çexiya 40-cı (714), Norveç 85-ci (391), San-Marino millisi isə 204-cü (12) pillədə yer alıb.

 

Reytinq siyahısında ilk onluq aşağıdakı kimidi.

1. Braziliya 1604
2. Almaniya 1549
3. Argentina 1399
4. İsveçrə 1329
5. Polşa 1319
6. Portuqaliya 1267
7. Çili 1250
8. Kolumbiya 1208
9. Belçika 1194
10. Fransa 1157


Digər xəbərlər

Xəbər xətti