Araz Abdullayev Kipr yolunda

11:24 11 Avqust 2017

“Qəbələ”nin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını Kiprin “Anortosis” klubunda davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Kipr mətbuatı yayıb. Xəbərdə 25 yaşlı futbolçunun bu gün tibbi müayinədən keçəcəyi, daha sonra isə rəsmi müqavilənin bağlanacağı qeyd edilib. Arazın Kipr təmsilçisi ilə 1 illik müqavilə bağlayacağı gözlənilir.

 

“Anortosis” Kipr çempionatının son mövsümünü 14 komanda arasında 6-cı pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti