"Beşiktaş" və "Konyaspor" cəzanlandırıldı - Superkubokda baş verənlərə görə

Sportarena.az      11 Avqust 2018, 11:42

Türkiyə Futbol Federasiyası (TFF) “Beşiktaş” və “Konyaspor” arasında baş tutmuş ölkə superkuboku uğrunda oyunda baş vermiş hadisələrə qiymət verib.

 

Sportarena.az xəbər verir ki, federasiya oyun zamanı azarkeşlərin hərəkətlərinə görə hər iki klubu cəzalandırıb.

 

“Beşiktaş” 1 qarşılaşmanı azarkeşsiz keçirməklə yanaşı, 100 min türk lirəsi məbləğində pul cəzası da alıb. Klubun prezidenti Fikrət Orman da cəzadan xilas ola bilməyib. Oyundan sonra sərt açıqlamalar verən klub prezidenti, 45 gün kənarlaşdırmayla yanaşı, 30 min türk lirəsi cəza da alıb.

 

“Konyaspor” isə daha ağır cəzaya məruz qalıb. Konya təmsilçisi 5 matç azarkeşsiz oynama, həmçinin, 250 min türk lirəsi məbləğində pul cəzasına layiq görülüb.

 

Xatırladaq ki, “Konyaspor”un 2:1 hesablı qələbəsiylə nəticələnən oyun zamanı və sonra azarkeşlər meydana daxil olmuş, bundan əlavə, matç zamanı meydançaya bıçaq atılmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin