Sportarena.az
22 Avqust 2017

Arda Turan yenidən Türkiyə millisində - RƏSMİ AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə Türkiyə millisində oynamayacağını açıqlayan Arda Turan fikrini dəyişib.

 

Sportarena.az xəbər verir ki, “Barselona”nın üzvünün fikrinin dəyişməsində “ay-ulduzlular”ın yeni baş məşqçisi Mirça Luçeskunun xüsusi rolu olub. İspaniyaya gedərək yarımmüdafiəçini milliyə qayıtmaqla bağlı dilə tutan rumıniyalı mütəxəssisin cəhdi nəticəsiz qalmayıb. Belə ki, Arda sosial şəbəkədəki şəxsi hesabında baş məşqçi dəvət edəcəyi təqdirdə, millidə oynamaqdan qürur duyacağını açıqlayıb:

 

“Bildiyiniz kimi, Kosova ilə oyundan öncə yaşanmış xoşagəlməz hadisədən sonra milli karyeramı bitirmişdim. Bu qərarı almağıma səbəb, adım ətrafında yaranmış söz-söhbətin milli komandaya və o müqəddəs formaya zərər verməsi idi. Bu müddətdə federasiya başçısı Yıldırım Demirörenin səbrli davranışı və baş məşqçimiz Mirça Luçeskunun xoş münasibəti qərarıma yenidən baxmağıma səbəb oldu. Bir şeyi bilməyinizi istəyirəm ki, millinin heç bir futbolçuya ehtiyacı yoxdu, ancaq bizim həmişə bu formanı daşımağa ehtiyacımız var. Bu andan etibarən baş məşqçimiz ehtiyac duyacağı təqdirdə, yenidən milli formanı geyinməkdən şərəf duyacağımı bilməyinizi istəyirəm. Qalan 4 oyunda və bundan sonra komanda yoldaşlarımın yanında olmaq istədiyimi diqqətinizə çatdırıram”.

 

Xatırladaq ki, bir müddət öncə millini daşıyan təyyarədə jurnalistə hücum edən Arda, federasiya rəhbərliyi tərəfindən yığmadan müvəqqəti olaraq kənarlaşdırılmışdı. Bundan sonra mətbuat konfransı təşkil edən yarımmüdafiəçi, milli karyerasını başa vurduğunu açıqlamışdı.

Tarix
11.08.17 [11:57]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

22 Avqust
21 Avqust 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio