Sportarena.az
25 Noyabr 2017

"Borussiya" "Barselona"nın istədiyi futbolçunu məşqdən qovdu

12 Punto 14 Punto 16 Punto 18 Punto

Dortmund “Borussiya”sının hücumçusu Usman Dembele məşqə buraxılmayıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun avqustun 10-da keçirilən məşğələni buraxması olub. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 20 yaşlı Dembele avqustun 10-da məşqə və məşğələyə gəlməmiş, onunla telefon əlaqəsi saxlamaq da mümkün olmamışdı. Mətbuat futbolçunun bu hərəkətini “Barselona”nın ona maraq göstərməsi ilə əlaqələndirir.

 

“Barsa” futbolçu üçün təklif göndərsə də, “Borussiya” onu satmaqdan imtina etmişdi. Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, futbolçu komandanın yaxın zamanlarda keçirəcəyi oyunlarda da iştirak etməyəcək.

Tarix
11.08.17 [12:39]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 Noyabr
24 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio