"Beşiktaş" "İnter"dən futbolçu transfer etdi

Sportarena.az      11 Avqust 2018, 14:34

"Beşiktaş" növbəti transferini reallaşdırıb.

 

Sportarena.az xəbər verir ki, İstanbul klubu İtaliya "İnter"inin müdafiəçisi Qari Medeli heyətinə cəlb edib. Onunla 3 illik müqavilə imzalanacaq. 30 yaşlı oyunçu yeni klubunda ilinə 2 milyon 300 min avro maaş alacaq. Bu keçid üçün "qara qartallar" Milan klubuna 2,5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Medel sabah Türkiyəyə gələcək və tibbi müayinədən keçdikdən sonra "Beşiktaş"la müqavilə bağlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin