Kintana meydana çıxmağına peşman oldu

23:18 11 Avqust 2017

"Qarabağ"ın futbolçusu Dani Kintana uzun müddətdən sonra yaşıl meydanlara qayıdıb.

 

Sportarena.az xəbər verir ki, ispan yarımmüdafiəçi 6 aydan sonra Topaz Premyer Liqanın birinci turunda "Neftçi"yə qarşı matçda (3:1) oynayıb. Görüşün 75-ci dəqiqəsində Qara Qarayevin əvəzinə meydana daxil olan D.Kintananın qayıdışı uğursuz alınıb. O, 88-ci dəqiqədə ayağından zədə alaraq meydanı erkən tərk edib. "Qarabağ" hər 3 əvəzetmədən istifadə etdiyi üçün 10 nəfərlə oyunu davam etdirib.

 

Qeyd edək ki, D.Kintana bundan əvvəl fevralda AZAL-a qarşı matçda diz bağları qırılmışdı. O, indiyə kimi yaşıl meydanlardan uzaq qalmışdı.


Digər xəbərlər

Xəbər xətti