Qurban Qurbanov: "Gizlədəsi bir şey yoxdu"

Sportarena.az      11 Avqust 2018, 23:44

Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə “Neftçi”yə qalib gələn (3:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Yeni mövsümün başlaması münasibətilə hamını təbrik edirəm. Düşünürəm ki, yeni çempionat daha da maraqlı keçəcək. Çox yaxşı komandaya qarşı oynadıq. Derbi idi. Bu cür görüşdə qalib gəlmək bizim üçün xoşdu. Futbolçuların hər birindən razı qaldım. Bundan sonra “Kopenhagen”lə oyuna hazırlaşacağıq. Bizim üçün vacib görüşdü.

 

- Kintananın durumu necədi?
- Həmin ayağından zədələndi. Əməliyyat olunan yer deyil. Özü də elə hiss edir. Ayağının bir qədər arxa tərəfindən zədə aldı. Ağrı olduğu üçün davam etdirə bilmədi. Sabah dəqiq biləcəyik.

 

- “Kopenhagen”in məşqçisi tribunada idi. Bu gün oyun planında nəyisə gizlətdinizmi?
- Biz hələ optimal formada deyilik. İkinci hissədə top itkilərimiz çox oldu. Gizlədəsi bir şey yoxdu. Bütün oyunlarımıza baxırlar. “Neftçi” ilə görüş bizim üçün vacib idi. “Kopenhagen”lə qarşılaşmalarda kiçik dəyişikliklər olacaq. Rəqib fərqli üslubda oynayır. Qarşıdakı günlərdə hazırlığımızı buna uyğun qurmalıyıq.

 

- Rəşad Sadıqov “Kopenhagen”lə Bakıdakı matça hazır olacaq?
- Hazır olmaq ehtimalı çoxdu. Onun kimi, Miçel və Almeydanın da həmin görüşə hazır olacağını gözləyirik. (Komanda.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin