Futbolçumuz oynadı, komandasına 6 qol vurdular

10:44 12 Avqust 2017

Futbol üzrə İsveç çempionatında 19-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə lider "Malmö" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb - 0:6. Start heyətdə meydana çıxan Emin yenə sonadək oynayıb.

 

Qeyd edək ki, geridə qalan turlarda 17 xal toplayan "Kalmar" hazırda 16 komanda arasında 13-cü pillədədi.


Digər xəbərlər

Xəbər xətti