"Traktor Sazi" sonuncu sırada

11:43 12 Avqust 2017

Futbol üzrə İran çempionatında 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar - "Traktorsazi" ilə "Göstəriş" də növbəti matçını keçirib. "Göstəriş" doğma meydanda "Sepidrud Rəşt"lə üz-üzə gəlib. Təbriz klubu minimal hesablı qələbəyə sevinib.

 

"Traktorsazi" isə növbəti məğlubiyyətlə üzləşib. Əvvəlki iki turda da uduzan təbrizlilər bu dəfə də səfərdə "İstiqlal"a məğlub olublar.

 

3 turdan sonra 3 xala malik "Göstəriş" 16 klub arasında 12-ci, xala həsrət "Traktorsazi" isə sonuncudu.


Digər xəbərlər

Xəbər xətti