Eddi İsrafilov "Kadis"dən ayrıla bilər

Sportarena.az      12 Avqust 2018, 16:48

Millimizin üzvü Eddi İsrafilov "Kadis" klubunu tərk edə bilər.  

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçu yeni təkliflər aldığı üçün komandasından ayrılmaq istəyir. İspaniya mətbuatının yaydığı xəbərə görə, "Alkarkon" və "Luqo" klubları Eddini heyətə qatmağa çalışırlar. İddiaya görə, Eddi üçün ən uyğun variant "Alkarkon"du. Çünki millimizin futbolçusu hazırda bu komandanın baş məşqçisi Xulio Velaskesin rəhbərliyi altında çıxış edib. Bu, 36 yaşlı mütəxəssisin 2013/2014 mövsümündə "Mursiya"da işlədiyi vaxta təsadüf edib.

 

Amma Eddinin komandanı tərk etməmə ehtimalı da var. Çünki komandanın baş məşqçisi Alvaro Kerverya bir müddət öncə verdiyi açıqlamada Eddiyə güvəndiyini və onun xidmətindən yeni mövsümdə də istifadə edəcəyini demişdi.  

 

Qeyd edək ki, Eddi ötən ilin yayında "Kadis"ə keçib.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin