Mərakeş DÇ-ni keçirmək üçün ərizə verdi

17:06 12 Avqust 2017

Mərakeş futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, Şimali Afrika ölkəsi 2026-cı ildə keçiriləcək mindialı təşkil etmək üçün ərizə verib. Bu barədə məlumatı ölkənin futbol federasiyası yayıb. 2026-cı ildə dünya çempionatı Avropa və Asiyadan kənarda keçiriləcək. Həmin vaxt mundialın formatının dəyişdirilməsi də gözlənilir.

 

FİFA prezidenti Canni İnfantino bildirib ki, DÇ 48 ölkənin iştirakı ilə keçirilə bilər. 2026-cı ildə dünya çempionatını ABŞ, Kanada və Meksika da müştərək təşkil etmək niyyətindədi.


Xəbər xətti