Qriqorçuk: "Sizə kim deyib ki...?"

00:08 13 Avqust 2017

Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə “İnter”ə qalib gələn (2:1) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb.

 

- İlk hissənin sonunda Monrozun hərəkətindən sonra onu Kone ilə əvəzləmək istəsəz də, sonra fikrinizdən daşındız..
- Sizə kim deyib ki mən onu əvəzləmək istəyirdim?

 

- Oyun və nəticə gözlədiyiniz kimi oldu? 
- Komandamız yenidi. Ona görə, təsəvvür etmək çətindi.

 

- Komandanın hazırkı vəziyyəti barədə nə deyə bilərsiz?
- İşləməli olduğumuz çox şey var. Oyunçuların fərdi çıxışı o qədər də xoşuma gəlmədi. Bunun üzərində işləyəcəyik.

 

- Sizcə, komanda tam komplektləşib?
- Əlbəttə, tam komplektləşib. Düzdü, biz daha artığını etmək istəyirdik, ancaq ideal heç nə yoxdu.

 

- Araz Abdullayev və Xavi Ernandesin boşluğunu necə dolduracaqsız? 
- Onlar özü komandanı tərk etmək istədilər. Onların istəyilə razılaşdıq.

 

- Son 10 dəqiqədə “İnter” üstünlüyü ələ almışdı. Komandanın 2-3 real qol vəziyyəti var idi. Həmin anlarda “Qəbələ”də nə baş verirdi?
- 2:0 hesabıyla üstün olduğumuz anda təzyiqi daha da artırmalıydıq. Amma əksinə oldu. Komanda qol buraxdıqdan sonra əlavə təzyiq yaranır. Qələbə istəyən komanda oyunu yönləndirməlidi. Futbolçularım bunu öyrənməlidi.

 

- Bu gün “Qəbələ”nin 4 legioneri kənarda qaldı.
- Əlbəttə, istəyirik ki, bütün oyunçularımız şans qazansın. Əsas odu ki, hamısı sağlamdı. Gələcəkdə hamısına şans verməyə çalışacam. (Komanda.az)


Digər xəbərlər

Xəbər xətti