Sportarena.az
22 Avqust 2017

Zaur Axundov: "Raufun bizimlə 2018-ci ilin iyununadək müqaviləsi var"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı "İnter"inin Müşahidə Şurasının sədri Zaur Axundov "Qəbələ"yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra brifinq keçirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubunun rəhbəri əvvəlcə oyunu dəyərləndirib:

 

- Oyunumuzdan tam razı qaldım. Komandamız ciddi itkilərə, Rauf Əliyevin futbola, insanlığa layiq olmayan hərəkətinə, komandanı atıb qaçmasına baxmayaraq, gözəl çıxış etdi. Bu, gözlədiyimdən də artıq oldu. Demək olar ki, minimum heç-heçəyə layiq idik. Amma bu, futboldu. Sona doğru 2-3 yüzfaizlik qol vəziyyəti yaratdıq. Amma nə etmək olar?

 

- Komandanızın turdan-tura daha yaxşı yerlər tutacağına ümidiniz var?
- Yüz faiz. Ümidim olmasaydı, burada olmazdım. Transfer qadağası ilə əlaqədar qışadək bacardığımızı edəcəyik. Fuad Bayramovla Nizami Hacıyevin zədəli olması, ehtiyat oyunçular skamyamızın qısalığı öz təsirini göstərdi. Amma hamı gördü ki, "İnter" "Qəbələ"dən nəinki geri qalırdı, hətta bir çox vəziyyətlərdə daha üstün oyun sərgiləyirdi.

 

- Rauf Əliyevin komandanı atıb qaçdığını dediniz. İndi o, Albaniyada "Kukesi"nin düşərgəsindədi?
- Raufun 2018-ci ilin iyununadək müqaviləsi var. Bu, tamhüquqlu anlaşmadı. O, çox böyük səhvə yol verdi. Özünə də dedim. Albaniya klubuna da etirazımızı bildirmiş, Əliyevlə müqaviləmizin əslini göndərmişik. Bazar ertəsi ingiliscə tərcüməsini də göndərəcəyik. İnanmıram ki, Rauf "Kukesi" ilə müqavilə imzalasın. O, hansı ağılla gedib, başa düşmürəm.

 

- Cəzalandıracaqsız?
- Əliyev komandaya qayıtmalıdı. Başqa variantı yoxdu. Müqavilə bir tərəfə qalsın, komandanı belə bir vəziyyətdə, transfer edə bilmədiyimiz, ağır itkilərlə üzləşdiyimiz vaxt yarı yolda atıb qaçdı.

 

- "Kukesi" "İnter"ə hər hansı məbləğ təklif edib?
- Xeyr. Heç bir məbləğ ödəməyib. Albaniya klubundan bizə rəsmi heç nə gəlməyib. Kim hansı oyunçu ilə nə qədər istəyirsə, danışsın. Amma rəsmi məktub yoxdu.

 

- Bəs Rauf Əliyevin Albaniyaya getməsinə səbəb nədi?
- Bilmirəm. Əliyevlə "İnter"ə yeni gəldiyim vaxt da söhbətim olmuşdu. O, mənə demişdi: "Düzdü, komanda axtarıram. Amma siz gələndən sonra ümidimiz yaranıb ki, "İnter" inkişaf edəcək. Mən sizinləyəm". Bu, bir tərəfə. İnsanın bizimlə müqaviləsi var. 2-3 yaşlı uşaq da belə addım atmazdı. Hansı ağılla ora getdiyini başa düşmürəm. Amma FİFA qayda-qanununa əsasən, inanmıram ki, onu "Kukesi"yə qəbul etsinlər.

 

- Adrian Skarlatake ilə yeni müqavilə bağladız?
- Bəli. Hamı ilə bağlanılıb, hamı da razıdı. Komandada heç bir problem yoxdu. İtkilərdən və Raufun son hərəkətindən başqa.

 

- "İnter"in adını dəyişməsi nə zaman gerçəkləşəcək?
- Hələlik "İnter" adı ilə çıxış edirik. Yəqin ki, bir müddət çəkəcək. Mövsümün ortasında komandanın adının dəyişilməsinə gəlincə, bunlar hüquqi məsələlərdi. Hüquqi məsələlər yekunlaşdıqdan sonra "İnter"in adı dəyişdiriləcək.

Tarix
13.08.17 [11:15]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

22 Avqust
21 Avqust 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio