Araz Abdullayev debüt oyununda qol vurdu, komandası məğlubiyyətdən xilas oldu - VİDEO

12:06 13 Avqust 2017

Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayev yenicə transfer olunduğu Kiprin "Anortosis" klubunun heyətində ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçumuzun ötən gün müqavilə bağladığı Famaqusta təmsilçisi yoxlama görüşü çərçivəsində Yunanıstanın "Aris" klubu ilə qarşılaşıb. Arazın yeni komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Abdullayev də bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana çıxıb, 83-də isə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.

 

Qeyd edək ki, müqavilə ilə "Qəbələ"yə məxsus olan Araz Kipr klubunda icarə əsasında oynayacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti