"Jilina" 7 qolla qalib gəldi - Ramil...

12:52 13 Avqust 2017

Futbol üzrə Slovakiya çempionatında 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu son çempion "Jilina" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Seniça" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 7:1.

 

Əvvəlki oyunlarda olduğu kimi, millimizin forvardı bu qarşılaşmanın da iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Xatırladaq ki, əvvəlki turlarda ardıcıl məğlubiyyətlərlə üzləşmiş ötən mövsümün çempionu "Jilina" ilk qələbəsindən sonra 3 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti