"Trabzonspor" FİFA-ya şikayət etdi - "Zenit"lə "Fənərbaxça"nı

14:48 13 Avqust 2017

“Trabzonspor” “Fənərbaxça”dan və “Zenit”dən FİFA-ya şikayət edib.

 

Sportarena.az xəbər verir ki, klub rəhbərliyi “Zenit”in Viktor Julianonu “Fənərbaxça”ya verməsindən narazı qalıb. Məsələ ilə bağlı klubun saytında yerləşdirilən məlumatda bildirilir:

 

“Bizim Julianonun keçidi ilə bağlı “Zenit”lə müqaviləmiz vardı. Bu məsələnin araşdırılması üçün FİFA-ya müraciət etmişik. Proses ictimaiyyət üçün açıq olacaq”.

 

Qeyd edək ki, dünən Juliano “Fənərbaxça” ilə 4 illik müqavilə imzalayıb.


Xəbər xətti