"Neftçi" "Qarabağ"a qalib gəldi

15:17 13 Avqust 2017

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında yeni mövsümə start verilib.

 

Sportarena.az xəbər verir ki, mövsümün açılış oyununda “Neftçi” ilə “Qarabağ” üz-üzə gəlib. Binə qəsəbə stadionunda baş tutan görüş "Neftçi”nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. "Ağ-qaralar"ın yeganə qoluna Fəhmin Muradbəyli imza atıb.


Xəbər xətti