"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

16:08 13 Avqust 2017

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Kopenhagen”lə oyunun biletlərinin dünəndən etibarən satışa çıxarıldığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, bilet satışının ilk günündə artıq 15 000-dən çox bilet satılıb. Biletlər Tofiq Bəhramov adına stadionun kassalarında saat 10:00-dan 19:00-a qədər satılır.

 

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı avqustun 15-də saat 20:00-da keçiriləcək.


Xəbər xətti