MOİK "Qaradağ Lökbatan"la bərabərə qaldı

Sportarena.az      13 Avqust 2018, 17:47

Azərbaycan I Divizionunda yarışacaq MOİK 2017/18 mövsümünə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, "hərbçilər" Lökbatanda "Qaradağ Lökbatan" ilə qarşılaşıb. Matçı üstün şəkildə keçirən MOİK ikinci hissənin ortalarına qədər 2 cavabsız qol vurub. Əvvəlcə Bəhruz Teymurov ilk hissədə hesabı açıb, fasilədən sonra isə Elton Hüseynov fərqi artırıb.

 

Baş məçqçi Ramil Əliyevin düşərgədəki bütün futbolçulara şans vermək məqsədilə etdiyi əvəzetmələr oyun ritminin və intizamının itməsi ilə nəticələnib. Rəqib də bunda istifadə edib oyunun sonlarına kimi hesabı bərabərləşdirib.

 

Beləliklə, ilk yoxlama oyununda "Sabail"in əvəzedicilərinə 5:4 hesabı ilə qalib gəlmiş MOİK bu dəfə məhsuldar heç-heçəyə imza atıb - 2:2.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin