Ayxan Abbasov: "Futbolçularla bu barədə söhbət edəcəm"

Sportarena.az      13 Avqust 2018, 22:47

Azərbaycan Premyer Liqasının 1-ci turunda evdə “Səbail”ə 2:1 hesabıyla qalib gələn “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib.

 

- Birinci oyun həmişə çətin keçir. Bugünkü oyuna da uşaqları buna uyğun hazırlamışdıq. “Səbail” yaxşı rəqibdi. Planlaşdırdığımız kimi, oyuna qolla başladıq. Rəqibin də fürsətləri oldu. Anar Nəzirov da bu gün qapıda yaxşı oynadı. Bu oyundakı səhvlərimiz təhlil edib, təkrarlamamağa çalşacağıq.

 

- Komandanın müdafiə xəttini belə zəif görməmişdik.
- Bu, məni də narahat etdi. Futbolçularla bu barədə söhbət edəcəm. Onlara narazılığımı bildirmişəm.

 

- Penalti epizodunda Milan Duriçlə Riçard Qadze arasında anlaşılmazlıq oldu...
- Hücumçularda bu cəhətdən paxıllıq olur. Qadze penaltini özü qazanmışdı deyə, qol vurmaq istədi. Sonradan hərəkətinə görə üzr istədi. Bu oyunda qol da vurdu.

 

- Qabriel Mateyin zədəsi ciddi deyil ki?
- Bir az dizində ağrı var idi. Risk etmək istəmədik. Tam vəziyyətinə sabah həkim müayinəsindən sonra aydınlıq gələcək

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin