Ronaldo 12 oyunluq cəzalana bilər - Hakimə qarşı hərəkətinə görə

11:57 14 Avqust 2017

“Real”ın futbolçusu Kriştiano Ronaldo ağır cəzalana bilər.

 

Sportarena.az xəbər verir ki, Ronaldo “Barselona” ilə keçirilən superkubok qarşılaşmasında qırmızı vərəqə alaraq, meydandan qovulub. O, qırmızı vərəqə aldıqdan sonra qarşılaşmanın baş hakimi Rikardo De Burqos Benqoeçeanı itələyib. Hakim isə bunu protokolda qeyd edib.

 

İspaniya Futbol Federasiyasının qaydalarına görə, belə hallarda 4 oyundan 12 oyuna qədər cəza tətbiq olunur. Praktika isə göstərir ki, federasiya belə hallarda adətən, 4 oyunluq cəza verməklə yanaşı, cərimə də kəsir.

 

Superkubokun ilk oyunu “Real”ın 3:1 hesablı qələbəsilə yekunlaşıb. Ronaldo “kral klubu”nun 2-ci qolunu vurub.


Digər xəbərlər

Xəbər xətti