"Qarabağ" onunla ciddi maraqlanır" - Futbolçunun menecerindən açıqlama

12:49 14 Avqust 2017

"Qarabağ"ın xidmətində maraqlı olduğu İtaliyanın "Palermo" klubunun futbolçusu Karlos Embalonun meneceri Cüzeppe Akkardi açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, qvineya bissaulu oyunçunun meneceri İtaliya mətbuatına açıqlamasında Ağdam təmsilçisinin Embaloyla ciddi maraqlandığını deyib:

 

"Qarabağ" Embaloyla ciddi maraqlanır. Bu klubla yanaşı, "Breşiya" və "Peskara" da müştərimi transfer etmək istəyir. Hazırda hər şey mümkündü. "Palermo"da qalmaq ehtimalı da var, ancaq Embalo daha çox oynamaq istəyir. O, mövsümün çox hissəsini ehtiyat oyunçular skamyasında keçirmək istəmir. Avqustun son günlərinə kimi gözləyəcəyik. Fikrimiz belədi ki, təklifləri nəzərdən keçirək və dəyərləndirək. Lakin son qərarı klub rəhbərliyi verəcək".

 

Embalo ötən mövsüm A Seriyasında 12 oyunda şans qazanıb.


Xəbər xətti