Rauf Əliyev müqaviləsinin fotolarını yaydı

13:10 14 Avqust 2017

“İnter”in futbolçusu Rauf Əliyevin Albaniyanın “Kukesi” klubuna transferində problem yarandığı haqda xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi millimizin hücumçusunun klubla 2018-ci ilin yayına qədər müqaviləsi olduğunu əsas gətirərək “Kukesi”dən təzminat tələb edir. Rauf isə “İnter”lə müqaviləsinin başa çatdığını deyir.

 
O, bu gün AFFA və PFL tərəfindən təsdiq olunmuş müqaviləsinin surətini  Qol.az saytının redaksiyasına göndərib. 5-ci maddədə onun "İnter"lə müqaviləsinin bu il iyunun 30-da bitdiyi qeyd olunub.

 

Həmin şəkilləri təqdim edirik.

 


Digər xəbərlər

Xəbər xətti